Fransa müsəlmanlarından Nitsa sakinlərinə dəstək

Fransa müsəlmanlarından Nitsa sakinlərinə dəstək

Fransa Müsəlmanları Şurası Nitsada Bastiliya Qalasının Alınması Günü törədilən  terror aktını pisləyib.

APA-nın xəbərinə görə, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

“Fransada dəhşətli terror aktı törədilib. Şura Nitsanın sakinləri ilə tam həmrəy olduğunu bildirərək, qurbanların yaxınlarına dərin hüznlə başsağlığı veririk və yaralılara Allahdan şəfa diləyirik”, - deyə Şuranın bəyanatında bildirilir.

Şura üzvləri terakt qurbanlarının ruhuna dua oxumağa çağırıb.

0
33