Nitsada 80 nəfəri öldürən sürücünün kimliyi bəlli oldu

Nitsada 80 nəfəri öldürən sürücünün kimliyi bəlli oldu

Nitsada “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşmış kütləni əzib keçən yük maşının sürücüsünün  şəxsiyyəti məlum olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yük maşınını idarə edən şəxs 31 yaşlı Tunis əsilli Nitsa şəhər sakini olub. Bu barədə yerli “Nice Matin” nəşri xəbər yayıb.

“iTele” telekanalının məlumatına görə, qeyd olunan şəxs xırda qanun pozuntularla əlaqədar hüquq-mühafizə orqanlarının nəzarətində olub. Lakin, onun terrorçularla əlaqədə olması indiyədək qeydə alınmayıb.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

Hücum nəticəsində 80 nəfər ölüb.

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.

0
22