Fransada terror aktı nəticəsində xeyli sayda uşaq ölüb

Fransada terror aktı nəticəsində xeyli sayda uşaq ölüb

Nitsada yük maşınının Bastiliya Qalasının Alınması Günü  münasibəti ilə bayram tədbirinə toplaşmış kütləni əzib keçməsi nəticəsində azı 77 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland xalqa telemüraciətində deyib.

“Nitsada yük maşınının sürücüsü öldürmək, əzmək, məhv etmək niyyəti ilə  14 İyulu (Bastiliya Qalasının Alınması Günü) qeyd edən insan kütləsini əzib. Bu ana 77 nəfərin öldüyünü demək olar, onların arasında xeyli sayda uşaq var. İyirmiyədək insanın vəziyyəti kritikdir. Bu hücumun terror xarakterli olduğunu inkar etmək olmaz”, - deyə Olland qeyd edib.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

Hücum nəticəsində 80 nəfər ölüb.

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.

0
20