Fransada yaralananlardan 40-nın vəziyyəti kritikdir

Fransada yaralananlardan 40-nın vəziyyəti kritikdir

Nitsada törədilən terror aktı nəticəsində xəsarət alanlardan 40 nəfərin vəziyyəti kritikdir.

APA-nın xəbərinə görə, bu barədə yerli “Nice Matin” nəşri məlumat yayıb.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb.

Hücumda istifadə olunan yük maşınında silah və qumbaralar aşkarlanıb.

Rəsmi qurumlar hadisəni terror aktı adlandırıb.

0
20