Fransada terror: azı 60 ölü- YENİLƏNİB-2

Fransada terror: azı 60 ölü- YENİLƏNİB-2

Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-a çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nitsa şəhərinin prokuroru bildirib.

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra naməlum şəxslər insanlara atəş açıb.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.    

****** 01.52

Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, insident nəticəsində 50 nəfər ölüb.

BMF TV telekanalının məlumatına əsasən, naməlum şəxslər tərəfindən idarə olunan və yüksək sürətlə hərəkət edən iritonnajlı yük maşını izdihama çırpılaraq, bir neçə yüz metr insanların üzərindən keçib.

Bundan başqa, yük maşınında olan şəxslərin insanlara atəş açdığı bildirilir.

Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub.

Rəsmi qurumlar şəhər sakinlərini evlərini tərk etməməyə çağırıb. Hadisənin baş verdiyi ərazidə polis “qapalı zona” yaradıb,  hadisə yeri mühasirəyə alınıb.  

***** 01.52

Fransanın Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdihama çırpılan  yük maşınında olan silahlı şəxslər daha sonra insanları atəşə tutub.

Hücum nəticəsində onlarla insanın öldüyü, çoxlu sayda yaralıların olduğu bildirilir.

0
25