Bakıda yaşayış binasnda yanğın baş verib

Bakıda yaşayış binasnda yanğın baş verib

Yanğın paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Bakıda yanğın hadisəsi baş verib.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda hər mərtəbəsi 500 kv.m olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib.

Nəticədə ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin dəhlizi 6 kv.m, ümumi sahəsi 48 kv.m olan 3 otaqlı evin dəhlizinin lambirdən ibarət tavanı 12 kv.m sahədə, 1-ci mərtəbədə ümumi sahəsi 16 kv.m olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 15 kv.m olan 1 otaqlı evin giriş qapısı qismən və dəhlizin yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.

Evlərin qalan hissəsi və digər evlər yanğından mühafizə olunub.

Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

0
22