“Kəpəz” səfərdə məğlub oldu

“Kəpəz” səfərdə məğlub oldu

Matçda yeganə qol 41-ci dəqiqədə vurulub.

Gəncənin “Kəpəz” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə Avstriyanın “Admira” komandasının qonağı olub.

Oxu.Az xəbər verir ki, Sankt-Pölten şəhərində “NV Arena” stadionunda keçirilən matç ev sahiblərinin minimal hesablı qəələbəsi ilə başa çatıb - 1:0.

Qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Dominik Starkl vurub.

Bu komandalar arasındakı cavab oyunu iyulun 20-də, Bakıda baş tutacaq.

0
19