“Neftçi” sindromu qıra bilmədi

“Neftçi” sindromu qıra bilmədi

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bu mərhələdəki təmsilçilərimizdən “Neftçi” öz meydanında Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb.

Oyun qolsuz bərabərliklə başa çatıb. Düz 11 oyundu ki, öz meydanında qələbə sevinci yaşaya bilməyən "ağ-qaralar" bu dəfə də sindromu qıra bilməyib.

Dörd illik qalibiyyətsiz seriya qeyri-müəyyən vaxta qədər davam edəcək.

O qədər də maraqlı və həyəcanlı keçməyən qarşılaşmada komandaların bir neçə dəfə fərqlənmək şansı olsa da, yekunda qeyri-dəqiqlik buna mane olub.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Makedoniyada baş tutacaq.

Avropa Liqası

II təsnifat mərhələsi (İlk oyunlar)

14 iyul

“Neftçi” (Azərbaycan) – “Şkendiya” (Makedoniya) - 0:0

Baş hakim: Sergey Sinkeviç

Bakı. 8-ci km stadionu

0
17