Rusiya İŞİD-i belə bombaladı - VİDEO

Rusiya İŞİD-i belə bombaladı - VİDEO

Aviazərbələr nəticəsində xeyli sayda terrorçu məhv olunub.

Rusiya Müdafiə nazirliyi öz YouTube kanalında Hava-kosmik qüvvələrin Suriya ərazisində İŞİD terror təşkilatının mövqelərini endirilən aviazərbələrin görüntülərini yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində yaraqlıların idarəetmə məntəqəsi, iki düşürgəsi, iki neft emalı məntəqəsi, həmçinin xeyli sayda terrorçu və hərbi texnika məhv edilib.

Qurumda qeyd ediblər ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə bu ərazilərdə hava əməliyyatı keçiriləcəyi barədə öncədən məlumat verilmişdi.

0
22