Poroşenkonun Azərbaycana rəsmi səfəri başa çatdı

Poroşenkonun Azərbaycana rəsmi səfəri başa çatdı

Hava limanında Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukraynanın Prezidenti Petro Poroşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 14-də başa çatıb.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Petro Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

0
14