İçib özünü damdan atmaq istədi

İçib özünü damdan atmaq istədi

Xilasedicilər vətəndaş ilə psixoloji söhbət aparıblar.

Bakıda intihara cəhdin qarşısı alınıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin sərxoş vəziyyətdə beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

0
14