Bakıda qadın özünü binadan ataraq intihar edib

Bakıda qadın özünü binadan ataraq intihar edib

Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Ə.Ağayev küçəsi, ev 2,2 mənzil 56-da yaşayan Ofelya Bağırova özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerindəcə ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

0
17