Ukrayna prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Ukrayna prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Fəxri xiyabana gələrək müasir müstəqil dövlət memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Oxu.Az Report-a istinadn xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Bundan sonra Ukrayna prezidenti Şəhidlər xiyabanını ziyarət edib. Pyotr Poroşenko ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Ukrayna prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Pyotr Poroşenko Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Ukrayna prezidenti həmçinin görkəmli şair Taras Şevçenkonun Bakıda ucaldılmış abidəsini ziyarət edib.
Ukrayna dövlətinin başçısı görkəmli şairin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.

Burada Pyotr Poroşenko Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri ilə səmimi söhbət edib, onlarla xatirə şəkli çəkdirib.

0
15