Erməni AES rəhbərliyi məhkəmə qarşısına çıxa bilər

Erməni AES rəhbərliyi məhkəmə qarşısına çıxa bilər

Dövlətə vurulmuş ziyan 783 milyon 586 min dram təşkil edib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Metsamordakı “Ermənistan Atom Elektrik Stansiyası” QSC üçün satınalmaların təşkili zamanı aşkarlanmış sui-istifadə faktı üzrə ibtidai istintaqı başa vurub.

Oxu.Az tert.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

İbtidai istintaq zamanı “Metsamor” AES-in baş direktoru, kommersiya direktoru, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini və QSC-nin digər şöbələrinin rəhbərlərinin mütəşəkkil cinayətkar qruplaşma yaratdıqları və xidməti mövqelərindən istifadə edərək külli miqdarda vəsaiti mənimsədikləri aşkar edilib.

MTX-nin məlumatına əsasən, dövlət vurulmuş ziyan 783 milyon 586 min dram təşkil edib.

0
10