Rusiyada “Qalendvagenlər paradı”-na görə məmurlar işdən qovuldu – VİDEO

Rusiyada “Qalendvagenlər paradı”-na görə məmurlar işdən qovuldu – VİDEO

Mayın əvvəlində Moskvada “Gelandewagen paradı” keçirən Rusiyanın FTX məzunları cəzalandırılıblar.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanı məlumat yayıb.

İyulun əvvəlində Akademiyanın məzunları təhsillərini başa vurmalarını qeyd etmək niyyəti ilə Moskvada qara “Mercedes-Benz Gelandewagen” avtomobillərində “parad” keçiriblər, bu zaman yol hərəkəti qaydalarını pozublar. Bu hadisə böyük rezonans doğurub, sosial şəbəkələrdə paradın videosu yayılıb.

Məlumata görə, FTX məzunlarını intizam məsuliyyətinə cəlb ediblər. Bundan başqa yalnız hadisə iştirakçılarını deyil, eləcə də FTX Akademiyasının rəhbərlərini cəzalandırmaq qərarı alınıb.

Akademiyanın bir sıra rəhbərinin rütbəsi endirilib, bəziləri isə vəzifəsindən azad edilmək üçün təqdim edilib.

Məzunların davranışı həm sadə vətəndaşlar, eləcə də təhlükəsizlik orqanları kollektivləri tərəfindən pislənib.

0
17