Böyük Britaniyanın yeni baş naziri gülməli vəziyyətə düşdü – VIDEO

Böyük Britaniyanın yeni baş naziri gülməli vəziyyətə düşdü – VIDEO

Britaniyanın yeni baş naziri Tereza Mey ilk iş günündə hökumət iqamətgahından çıxarkən “azıb”.

Oxu.Az xəbər verir ki, hökumət başçısı iqamətgahından Dauninq-strit 10-a çıxıb və avtomobilinə tərəf yollanıb.

Sağa dönərək bir neçə addım gedən Tereza Mey doğru səmtə getmədiyini anlayıb, geri qayıdaraq artıq sola dönərək avtomobilinə tərəf gedib.

Amma bu an baş naziri jurnalistlər saxlayıblar. Onlar Tereza Meydən geri qayıdaraq onları əlini yelləyərək salamlamasını istəyiblər.

Daha sonra Tereza Mey onu gözləyən avtomobilə tərəf gedib.

Xatırladaq ki, iyulun 13-də kraliça II Yelizaveta Tereza Meyi Böyük Britaniyanın baş naziri təyin edib. Devid Kemeron rəsmi olaraq vəzifəsindən azad edilib.

0
8