Tərtərdə qızın boğazını kəsdilər

Tərtərdə qızın boğazını kəsdilər

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.

Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, hadisəni C.Alızadənin qardaşı qısqanclıq zəminində törədib.

Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.

0
13