Azərbaycan nəqliyyat dəhlizlərini Ukraynaya təklif edib

Azərbaycan nəqliyyat dəhlizlərini Ukraynaya təklif edib

“Biz birinci test layihəni realizə etdik”.

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın müxtəlif istiqamətlərdə yaratdığı nəqliyyat imkanlarından yararlanmağı təklif edib.

Oxu.Az “ukrinform.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Bakıda Azərbaycan prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bununla bağlı artıq ilk sınaq layihəsi həyata keçirilib və müəyyən həcmdə əmtəə Azərbaycan vasitəsilə Ukraynadan şərqə göndərilib. Hesab edirik ki, bu layihəyə daha çox diqqət yetirməliyik. Tariflər müştərilər üçün cəlbedici olmalıdır ki, yüklər hər iki istiqamətdə hərəkət etsin”, - Əliyev deyib.

Azərbaycan prezidenti ukraynalı həmkarını yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumatlandırdığını da söyləyib.

“Bu, qədim İpək Yolunun bərpasıdır və burada Ukrayna şirkətləri üçün yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan öz tərəfdaşları ilə Şimal-Cənub dəhlizinin reallaşdırılmasında maraqlıdır və bunun üçün mümkün olan hər şeyi edir. Ukrayna da bu imkanlardan istifadə edə bilər”, - Azərbaycan prezidenti deyib.

Nitqinin sonunda prezident İlham Əliyev ukraynalı həmkarı ilə apardığı danışıqlardan məmnunluğunu ifadə edib.

0
12