Əliyev və Poroşenko gələcək planlardan danışdılar

Əliyev və Poroşenko gələcək planlardan danışdılar

“Perspektivli layihələrdən biri gələcəkdə Azərbaycanda “An-178” təyyarələrinin istehsalıdır”.

Ukrayna və Azərbaycan hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdır.

Oxu.Az “interfax.com.ua”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Azərbaycan dövlətinin rəhbəri, birgə sənaye kompleksinin yaradılmasının vacib olduğunu qeyd edib:

“Həm ağır sənayenin, həm də hərbi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar mövcuddur”.

Petro Poroşenko qeyd edib ki, onlar Azərbaycan ərazisində “An-178” nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanını müzakirə ediblər.

“Perspektivli layihələrdən biri Azərbaycana “An-178” təyyarələrinin göndərilməsi və bu təyyarələrin gələcəkdə Azərbaycan ərazisində istehsalıdır”.

0
12