Bakı və Kiyev “Odessa-Brodı” layihəsini bərpa edəcək

Bakı və Kiyev “Odessa-Brodı” layihəsini bərpa edəcək

“Bu layihənin bərpası əlverişli nəqliyyat imkanları yaradacaq”.

Azərbaycan və Ukrayna “Odessa-Brodı” layihəsinin neftin nəql edilməsi üçün realizəsində maraqlıdırlar.

Oxu.Az “İnterfaks-Ukryana”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Biz “Odessa-Brodı” layihəsinin realizəsini ciddi müzakirə etdik və bu layihənin bərpası üçün göstəriş verdik.

Azərbaycan Avropa bazarlarına çox böyük həcmdə neft nəql edir və Xəzər dənizinin şərq sahilində olan ölkələr üçün tranzit ölkədir”, - İ.Əliyev Ukrayna prezidenti Petro Poroşenko ilə birgə bəyanat zamanı bildirib.

Azərbaycan prezidenti əlavə edib ki, bu layihənin bərpası Xəzər, Qara və Baltik dənizini birləşdirəcək əlverişli nəqliyyat imkanları yaradacaq.

“Bu üçbucaq əməkdaşlıq üçün potensiala malikdir və hesab edirəm ki, nəqliyyat dəhlizinin rolu bizim qarşılıqlı fəaliyyətimizdə əsas məqamdır”, - İ.Əliyev deyib.

0
25