Poroşenko: Ukrayna Dağlıq Qarabağı tanımır

Poroşenko: Ukrayna Dağlıq Qarabağı tanımır

“Azərbaycan Kiyevin dəstəyinə güvənə bilər”.

“Ukrayna Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır”.

Oxu.Az “112 Ukraina” telekanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Bakıda Azərbaycan prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Mən qeyd etmək istərdim ki, Ukrayna Dağlıq Qarabağı və onun hər hansı sənədlərini tanımır. Azərbaycanın da Krımla bağlı analoji mövqeyini alqışlayırıq”, - o qeyd edib.

Poroşenko Ukraynanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olması nəzərə alınmaqla, çoxtərəfli formatda qarşılıqlı fəaliyyəti, yanaşmaları razılaşdırmaq və əlaqələndirmək barədə razılığa gəldiklərini açıqlayıb.

“Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib. İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”, - deyə Poroşenko bəyan edib.

0
14