“Sahil”də bina yanır

“Sahil”də bina yanır

Bakıda metronun “Sahil” stansiyasının yaxınlığında yerləşən 5 mərtəbəli binalardan birində yanğın olub.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, yanğın Üzeyir Hacıbəyli küçəsi, 24/27 ünvanında yaşayış olmayan binada baş verib.

Artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar. Hazırda yanğının yayılmasının qarşısı alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

0
11