Azərbaycan və Ukrayna ikitərəfli sənədləri imzalayıblar

Azərbaycan və Ukrayna ikitərəfli sənədləri imzalayıblar

Bakıda Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası baş tutub. İclasın nəticələrinə görə, bir sıra ikitərəfli sənədlər imzalanıb.

Oxu.Az xəbər verir ki, iki ölkə prezidenti Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.

Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Petro Poroşenkonun iştirakı ilə müvafiq strukturlar tərəfindən “İki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə daşınma zamanı gömrük qayda pozuntuları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında” sənədi və 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

0
10