Qızıl istehsalımız azalıb, gümüş artıb

Qızıl istehsalımız azalıb, gümüş artıb

6 ay ərzində 23,1 kq hazır qızıl, 24,3 kq isə gümüş ehtiyatı yaranıb.

Ölkədə qızıl istehsalı azalıb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 973,8 kq qızıl hasil olunub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% azalma deməkdir.

Cari ilin iyulun 1-nə 23,1 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu müddətdə gümüş hasilatı isə 4,2 dəfə artaraq 195,5 kq təşkil edib. Hazır məhsul ehtiyatı 24,3 kq olub.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş istehsalında ölkəmizin payı 51%, Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin payı isə 49% təşkil edir.

0
9