Çavuşoğlu Azərbaycana gəlir

Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin XİN rəhbəri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini müzakirə edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 14-15-də Azərbaycana rəsmi səfər gələcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatında qeyd edilir ki, M.Çavuşoğlu səfər zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini, regionda və dünyadakı vəziyyəti müzakirə edəcək.

0
7