Qılıncdaroğlu Ərdoğana küllü miqdarda təzminat ödəyəcək - MƏHKƏMƏ QƏRARI

Qılıncdaroğlu Ərdoğana küllü miqdarda təzminat ödəyəcək - MƏHKƏMƏ QƏRARI

Ankara Məhkəməsi prezident Rəcəb Tayyib Ərdoğanın partiyasının 35-ci qurultayı ilə bağlı TBMM-dəki qrup toplantısında işlətdiyi ifadələrə görə, CHP partiya rəhbəri Kamal Qılıncdaroğlunu cəzalandırıb. Onun barəsində verilən şikayətlər əsasında 2 ayrı məhkəmədə ümumilikdə 50 min lirə mənəvi təzminat ödəməsi qərarı verilib. Lent.az-ın haberturk.com-a istinadən məlumatına görə, hakim Ayxan Yılmaz iddianı qismən qəbul edib. Qılıncdaroğlunun hər bir şikayət üçün prezident Ərdoğana 25 min lira mənəvi təzminat ödəməsinə qərar verilib.

Qeyd edək ki, iddia ərizəsində prezident Rəcəb Tayyib Ərdoğana qarşı ağır təhqirə görə, Qılıncdaroğlundan 100 min lirə mənəvi təzminat tələb edilmişdi.

0
16