Sabah Azərbaycanda çimərlik havası olacaq

Sabah Azərbaycanda çimərlik havası olacaq

Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. İyulun 15-də paytaxt və yarımadada cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 15-də hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəc isti olacaq. .

0
33