BSU-nun yeni rektoru müəllimlərin geyimindən narazıdr

BSU-nun yeni rektoru müəllimlərin geyimindən narazıdr

“Müəyyən kadr islahatları aparılacaq”.

“Bakı Slavyan Universitetində (BSU) ciddi olmasa da, müəyyən kadr islahatları aparılacaq”.

Oxu.Az Trend-ə istinadən bildirir ki, bu barədə universitetə yeni təyin olunmuş rektor Nurlana Əliyeva jurnalistlərə deyib.

Onun sözlərinə görə, BSU-da müəllim və şagirdlərin geyimi ilə bağlı ciddi tələblərin qoyulması düzgün deyil:

“Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, bu, müəllimdir. Tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlərlə diqqəti cəlb etməməlidir.

Özünün səliqə-səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geyimi korporativ geyim olmalıdır. Tələbənin geyimi isə öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır”.

0
12