Uşaq Teatrı mövsümü yeni tamaşayla bağlayır

Uşaq Teatrı mövsümü yeni tamaşayla bağlayır

İyulun 15-i, saat 12:00-da Bakı Uşaq Teatrı mövsümü “Dovşanın evi” yeni tamaşanın premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşanın müəllifi Arzu Soltan, rejissoru isə İntiqam Soltandır.

Yeni tamaşanın premyerası həm də  mövsümün son tamaşası olacaq. Tamaşa teatrın müvəqqəti yerləşdiyi Q. Abbasov adına mədəniyyət sarayında baş tutacaq. Rolları Rafael Muradxanlı, Türkan Şahmarlı, Cavanşir Məhərrəmov, Rauf Hüseynli, Şahin Kazımov, Günay Pirizadə, Ceyran Baxışova ifa edirlər.

0
10