Ağsuda gənc göldə boğuldu

Ağsuda gənc göldə boğuldu

Rayon sakininin meyiti aşkar edilərək təhvil verilib.

Ağsuda 22 yaşlı gənc göldə batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 1994-cü il təvəllüdlü Ceyhun Əliqardaş oğlu Hasilovun meyiti batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

0
14