Qazax sakini minaya düşdü

Qazax sakini minaya düşdü

Abbasovun sol ayağı amputasiya olunub.

Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb. 

O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub.

0
20