Əhalinin kreditlərinin 8,3%-i problemlidir

Əhalinin kreditlərinin 8,3%-i problemlidir

Banklardakı əmanətlərin həcmi isə 7,5 milyard manata enib.

Ölkə banklarından kredit alanlar kəskin azalıb.

dəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3%-i təşkil edib.

2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib, onun 4306,1 milyon manatı uzunmüddətli kreditlər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7 milyard 566 milyon manat təşkil edib.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,55 manata), 1 avroya – 1,70 manata (1,73), 100 Rusiya rubluna – 2,32 manata (2,21) bərabər olub.

0
8