Bakı metrosunda film nümayiş olunacaq

Bakı metrosunda film nümayiş olunacaq

Bakı metrosunda film nümayiş olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, iyulun 15-i saat 11:00-da “Gənclik” stansiyasında növbəti sərginin açılışı olacaq. Sərgi Azərbaycan Kinematoqrafiyasına həsr olunub.

Burada köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq.

“Metro Gallery” adlı layihə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, ötən ilin dekabrda “28 May” stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi ilə əlaqədar konsert olub. Stansiyanın girişində musiqçilər bəstəkarın əsərlərini ifa ediblər.

0
9