Ukraynada azərbaycanlının 623 min manatlıq əmlakı qarət olundu

Ukraynada azərbaycanlının 623 min manatlıq əmlakı qarət olundu

Faktla bağlı Xarkov polisi araşdırma aparır.

Ukraynanın Xarkov vilayətində azərbaycanlı iş adamına məxsus ticarət obyektləri qarət olunub, avtomobilləri qaçırılıb.

Oxu.Az xəbər verir ki, Xarkov vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, iyulun 11-dən 12-ə keçən gecə əslən Azərbaycanın Gəncə şəhərindən olan, Ukrayna vətəndaşı, Xarkov şəhərində yaşayan 1969-cu il təvəllüdlü İlham Hümbət oğlu Mehbalayevin evinin yaxınlığında ona məxsus iki ticarət obyekti qarət olunub, iki avtomobili qaçırılıb.

Ümumilikdə iş adamına 400000 dollara (623000 manat - red.) qədər ziyan dəydiyi bildirilir.

0
11