Xətaidəki yanğına görə tutulan şəxs öldü

Xətaidəki yanğına görə tutulan şəxs öldü

Keçən il Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğına görə həbs edilmiş vəzifəli şəxslərdən biri həbsxanada vəfat edib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, ötən ilin aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanda baş vermiş yanğınla bağlı həbs edilən, 1963-cü il təvəllüdlü Muxtarov Nüsrət Əli oğlu Bakı İstintaq Təcridxanasında qəfil vəfat edib.

Bildirilir ki, o, ürək tutmasından dünyasını dəyişib.

0
13