“Stratfor” Qarabağ münaqişəsindən yazdı

“Stratfor” Qarabağ münaqişəsindən yazdı

“Rusiya problemin həll olunmasını ən az istəyən ölkədir”.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar status-kvoda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli sözlərdən çox əməli iş tələb edir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış cari vəziyyətlə bağlı hesabatında deyilir.

Analitik mərkəz aprel hadisələrini xatırladır və o vaxtdan bəri döyüşlərin səngidiyini, amma diplomatik aktivliyin yüksəldiyini, münaqişənin beynəlxalq ictimaiyyətin diqqətini çəkdiyini vurğulayır.

Hesabatda, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Bakıya səfəri xatırladılır. Xüsusi diqqət S.Lavrovun “danışıqlar heç vaxt olmadığı qədər uğura yaxındır” sözlərinə yönəldilir. Eyni zamanda, “Stratfor” bu məsələdə hansısa detalın diqqətə çatdırılmadığını qeyd edir.

“Stratfor”un hesabatında qeyd olunur ki, Rusiya bu münaqişədə “arbitr” rolunu oynasa da, problemin həll olunmasını ən az istəyən ölkədir:

“Çünki bu münaqişə onlara həm Ermənistan, həm də Azərbaycan üzərində nəzarəti əldə saxlamağa, eləcə də regional rəqiblərindən - Türkiyə və ABŞ-dan bir addım öndə olmağa imkan verir. Dağlıq Qarabağa sülhməramlıların göndərilməsi Moskvanın hərbi mövcudluğunu gücləndirəcək.

Bununla belə, bu addım Rusiya qoşunlarını birbaşa hərbi münaqişəyə cəlb olunma məsələsi qarşısında zəiflədəcək. Moskva isə bundan yayınmaq üçün çalışır”.

0
9