Vaşinqtonda "Pakemon Go" yasaqlandı

Vaşinqtonda "Pakemon Go" yasaqlandı

Vaşinqtonda yerləşən Holokost xatirə muzeyi ziyarətçilərinə müraciət edərək, muzey ərazisində "Pokemon Go" oyunu oynamamağı xahiş edib.

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu barədə muzeyin nümayəndəsi Endryu Holinq bəyan edib.

Onun sözlərinə görə, bu oyun nasizm qurbanlarının abidəsi olan muzeydə münasib məşğələ deyil. Qurum rəsmisi deyib ki, hazırda muzey oyundan öz ərazisini çıxarmaq barədə düşünür.

"Pokemon Go" - smartfonlar üçün nəzərdə tutulan onlayn oyundur. Oyun iştirakçıları xəritədə ətraf ərazidə bir sıra interaktiv tapşırıqları yerinə yetirməlidirlər: Məsələn, pakemonu hansısa yollardan keçirmək üçün iştirakçı əlində smartfonu ilə real mövcud piyada keçidi keçməlidir.

Ümumiyylə, son günlər "Pokemon Go" oyunu "virus" kimi hər yerə yayılıb və populyarlıq qazanıb.

"Pokemon Go" oyunun müəllifləri xəbərdarlıq edirlər ki, bu oyunu oynayarkən və tapşırıqları yerinə yetirərkən özünü risk altına qoymamalısan. Amma sosial şəbəkələr bu oyuna görə insanların müxtəlif vəziyyətlərə düşdükləri, hətta, yeni oyun həvəsi ilə öz iş yerlərini belə itirdikləri barədə yazır.

0
26