Ermənistanda müdavimlər oğurluqda ittiham edilirlər

Ermənistanda müdavimlər oğurluqda ittiham edilirlər

Onlar qaynaq aparatının kabelinin bir hissəsini oğurlamağa cəhd ediblər.

Vazgen Sarkisyan adına Hərbi İnstitutun iki müdavimi Qaqik Poqosyan və Arutyun Arutyunyan oğurluqda ittiham edilirlər.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, ittiham aktına görə, aprelin 23-nə keçən gecə saat 3-də müdavimlər “Spitak tnak” şirkətinin ərazisinə daxil olublar.

Onlar qaynaq aparatının kabelinin bir hissəsini oğurlamağa cəhd ediblər, amma iş başında yaxalanıblar.

Qaqik Poqosyan və Arutyun Arutyunyana qarşı ittiham irəli sürülüb. Onlar institutun rəhbərliyinin nəzarəti altındadırlar.

Cinayət işi Yerevan məhkəmələrindən birinin icraatındadır.

0
14