Tramp vitse-prezident vəzifəsinə namizədinin adını açıqlayacaq

Tramp vitse-prezident vəzifəsinə namizədinin adını açıqlayacaq

O, bu barədə “Twitter” mikrobloqunda yazıb.

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bu cümə günü Nyu-Yorkda tədbir zamanı vitse-prezident postuna namizədin adını açıqlamaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə günü siyasətçi “Twitter” mikrobloqunda yazıb.

“Cümə günü saat 11:00 (Bakı vaxtı ilə saat 19:00) Manhettendə vitse-prezidentə dair seçimimi açıqlayacam. Təfərrüatlar da olacaq”, - deyə Tramp bildirib.

0
15