Masazırda intihara cəhd – VİDEO

Masazırda intihara cəhd – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində intihara cəhd olub.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, qəsəbənin Zəngilan şəhərciyində yaşayan Mahir Məmmədov Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının ona qarşı kobudluq etməsini əsas gətirərək bu əmələ əl atıb.

Mahir Məmmədov üzərinə yanacaq tökərək şəhərciyin hasarının üzərinə çıxıb, intihar edəcəyini bildirib.

Onun iddiasına görə, rayon icra hakimiyyətinin bir qrup əməkdaşı yenicə tikdirdiyi iaşə obyektinin hasarlarını söküb. Mahirin deməsinə görə, söküntü zamanı qurumun əməkdaşları ilə əlbəyaxa mübahisə də yaranıb. Mahir Məmmədov hasarı sökülən obyektin bütün sənədlərinin qaydasında olduğunu dedi.

Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev bildirdi ki, onun iaşə obyektinin tikilməsi üçün lazım olan müvafiq sənədləri qaydasında deyil.

Bundan başqa Akif Əliyev onu da əlavə etdi ki, Mahir Məmmədova müvafiq sənədləri almaq üçün 1 ay müddət veriləcək. O, yalnız çıxarış aldığı təqdirdə, iaşə obyektinin inşasına davam edə biləcək.

0
18