Dünyanın ən yaşlı qadını vəfat etdi

Dünyanın ən yaşlı qadını vəfat etdi

Vyetnamın Hoşimin şəhərində dünyanın ən yaşlı qadını Nquen Thi Çu dünyasını dəyişib.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, 123 yaşlı qadın 2015-ci ildən planetin ən yaşlı qadını hesab edilirdi.

1893-ci il təvəllüdlü Nquen Thi Çu 11 övlad dünyaya gətirib. Hazırda onlardan 2-si sağdır. Nəvə, nəticə və  kötükcələrinin sayı isə 100-ü ötüb. Bildirilir ki, Nquen Thi Çu son günlərinədək özünü gümrah hiss edib, yaşına xas olan xəstəliklərdən əziyyət çəkməyib, həkimlərə müraciət etməyib. Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir.

0
12