İŞİD-in Əfqanıstan və Pakistandakı lideri məhv edildi

İŞİD-in Əfqanıstan və Pakistandakı lideri məhv edildi

ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistandakı lideri Ömər Xəlifəni məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

Onun sözlərinə görə, hava zərbəsi Nanqarxar əyalətində endirilib: “Ömər Xəlifə ilə birgə  “İŞİD-Xorasan” qruplaşmasının 4 üzvü də məhv edilib. Öldürülən şəxs Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən  hücumlara bilavasitə rəhbərlik edib”, deyə P.Kuk bildirib.

0
26