İŞİD xilafətin süqutuna hazırlaşır

İŞİD xilafətin süqutuna hazırlaşır

“Təşkilat liderləri cihadçıların döyüş meydanlarında məğlub olduqlarını etiraf ediblər”.

“İslam dövləti” (İŞİD) rəhbərləri öz davamçılarını xilafətin süqutuna hazırlayırlar.

Oxu.Az “The Washington Post”a istinadən xəbər verir.

Qəzetin jurnalistləri qeyd ediblər ki, son zamanlar İŞİD liderləri cihadçıların döyüş meydanlarında məğlub olduqlarını, onların zəbt etdikləri bütün şəhərlər gec və ya tez geri qaytarılacağını etiraf ediblər.

Buna baxmayaraq onlar təslim olmaq niyyətində deyillər. Ekspertlərin sözlərinə görə, bunu xilafətin ərzisinin hüdudlarından kənarda terror fəallığının artması sübut edir. Onlar qısa bir zamanda çoxsaylı terror aktlarının baş verəcəyindən narahatdırlar.

0
22