Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Nazirlər Kabinetinə tapşırıq verilib.

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

0
12