Daşınmaz əmlakla bağlı yeni Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM

Daşınmaz əmlakla bağlı yeni Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

0
11