Türkiyədə Fransanın bütün diplomatik nümayəndəlikləri bağlanıb

Türkiyədə Fransanın bütün diplomatik nümayəndəlikləri bağlanıb

“Baş konsulluqda və səfirlikdə milli bayram şərəfinə keçiriləcək bütün tədbirlər ləğv edilib”.

Fransanın Türkiyədəki bütün diplomatik nümayəndəlikləri təhlükəsizlik baxımından bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə baş konsulluğun saytında dərc edilən məlumatda deyilir.

“Ankaradakı səfirliyimiz və İstanbuldakı baş konsulluğumuz təhlükəsizlik baxımından iyulun 13-dən saat 13:00-dan (Bakı vaxtı ilə saat 14:00) bağlanacaq. Biz Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik”, - bəyanatda deyilir.

Bundan başqa İstanbul və İzmirdəki Baş konsulluqda və Ankaradakı səfirlikdə iyulun 14-də milli bayram şərəfinə keçiriləcək bütün tədbirlər ləğv edilib.

0
13