Bakıdan Bolqarıstana avtobus bileti alanlar üçün şad xəbər

Bakıdan Bolqarıstana avtobus bileti alanlar üçün şad xəbər

Cəmi 3 günə Bolqarıstana viza almaq mümkündür.

Bakı Beynəlxalq Avtovağzalında (BBA) Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas avtobus marşrut xətti üzrə bilet alanlara 3 gün ərzində Bolqarıstana viza almaq mümkün olacaq.

Bu barədə Oxu.Az-a Bakı Beynəlxalq Avtovağzalından məlumat verilib.

Məlumatda bildirilir ki, bileti təqdim etməklə cəmi 3 günə Bolqarıstana viza almaq mümkündür.

“Məlum olduğu kimi, iyulun 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir.

Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə, 3 gün ərzində Bolqarıstan vizası ala biləcəkdir”, - məlumatda deyilir.

Xatırladaq ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. Biletin qiyməti 130 AZN təşkil edir.

0
27