Fransadan gözlənilməz addım - Türkiyədəki diplomatik nümayəndəlikləri bağladı

Fransadan gözlənilməz addım - Türkiyədəki diplomatik nümayəndəlikləri bağladı

Türkiyədə iyulun 14-də Fransanın milli bayramı ilə əlaqədar keçirilməsi planlaşdırılan rəsmi qəbullar ləğv edilib.

APA-nın məlumatına görə, bu barədə Fransanın Ankaradakı səfirliyinin açıqlamasında deyilir. Bildirilir ki, təhlükəsizlik tədbirləri səbəbilə Bastliya qalasının alınması günü ilə əlaqədar İstanbul, Ankara və İzmirdə planlaşdırılan mərasimlər təxirə salınıb.

Açıqlamada səfirliyin, İstanbuldakı Baş Konsulluğun və İzmirdəki fəxri Konsulluğun iyulun 13-dən etibarən bağlanacağı bəyan edilib. İkinci bir qərara qədər diplomatik nümayəndəliklər qapalı qalacaq.

0
12