Yaponiya imperatoru taxtından imtina etmək niyyətindədir

Yaponiya imperatoru taxtından imtina etmək niyyətindədir

O, hökmdarlığı oğluna verə bilər.

Yaponiya imperatoru Akixito yaxın bir neçə il ərzində taxtından imtina edə bilər.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Bununla yanaşı, onun taxtdan imtina etdiyindən sonra hökmranlığı oğluna verə biləcəyi də qeyd edilir.

Məlumata görə, imperator öz səlahiyyətlərini yerinə yetirə biləcək gücdən düşənə qədər taxtından imtina etmək niyyətindədir. Həmçinin qeyd edilir ki, imperator bu barədə ailə üzvlərinə artıq xəbərdarlıq edib.

0
17