Avtomobil sürücülərinin nəzərinə!

Avtomobil sürücülərinin nəzərinə!

Hüquqi şəхslər 300 mаnаt cərimə edilirlər.

Avqustun 1-dən etibarən texniki baxışdan keçməyən xaricdə istehsal olunan avtomobillərin sürücüləri cərimələnə bilər.

Oxu.Az xəbər verir ki, qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir.

Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 may – 31 iyul aralığında xarici dövlətlərdə istehsal olunan minik avtomobilləri texniki baxışdan keçməlidir. “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan avtomobillər 1 yanvar – 30 aprel aralığında texniki baxışdan keçməlidir.

Nəqliyyаt vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt, hüquqi şəxslər isə 300 manat miqdаrındа cərimələnə bilərlər:

0
15